Rusiyadan türkiyəli tələbələrlə bağlı xüsusi göstəriş
Rusiyada təhsil alan bütün türkiyəli tələbələr istənilən təhlükədən qorunacaq.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Təhsil naziri Dmitri Livonov deyib.
“Su-24 təyyarəsinin vurulmasından sonra xoşagəlməz olaylar yaşandı. Lakin bunların qarşısını vaxtında aldıq. Türkiyəli tələblərin təhsil aldığı bütün universitetlərə təhlükəsizliyin artırılması ilə bağlı göstəriş verilib. Hazırda Rusiyada 1000 türkiyəli tələbə təhsil alır. Türkiyədə isə 100-ə yaxın rusiyalı tələbə var”, - deyə nazir bildirib.
Mənbə:> Axar.az