İŞİD türk hərbçilərinin düşərgəsinə hücum etdi, ölənlər var
İŞİD terror təşkilatı İraqın şimalındakı Başika bölgəsində Türkiyə hərbi düşərgəsinin olduğu əraziyə raket zərbələri endirib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 2 mülki vətəndaş öldürülüb, dörd hərbçi isə yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Yaralılar vertolyotda Türkiyənin Şirnak vilayətinə gətiriliblər.
Türk artilleriyası qarşı tərəfə artilleriya atəşi ilə cavab verib.
Mənbə:> Oxu.Az