Türkiyə limanlarında Rusiyaya məxsus 27 gəmi saxlanıldı » AzNews.info -Xəbər portalı

Türkiyə limanlarında Rusiyaya məxsus 27 gəmi saxlanıldı

Türkiyə limanlarında Rusiyaya məxsus 27 gəmi saxlanıldı


Qara dəniz sahilində Türkiyə bayrağı altında üzən 8 gəmi saxlanılıb.

Türkiyə isə bu səbəblə əks hücuma keçib. Dünənə qədər Türkiyə limanlarında saxlanılan Rusiya bayraqlı gəmilərin sayı 27-yə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Habertürk nəşri məlumat yayıb.

“Türkiyə bir müddət əvvəl Rusiyanın bu mövqedən imtina edəcəyini gözləsə də, gözləntilər nəticə vermədikdən sonra Türkiyə də buna qarşılıq verməyə başlayıb. Türkiyə Aralıq və Qara Dəniz Memorandumları əsasında qüsur aşkar edilən 27 Rusiya bayraqlı gəmiləri saxlayıb”, - deyə nəşr yazıb.

Yaranan problemdən sonra Rusiya tərəfi məsələnin həlli istiqamətində səy göstərib, görüşmək istədiklərini bildiriblər. Amma Türkiyə tərəfi isə Rusiyanın bu istəyinin hələ konkretləşmədiyi bəyanatını verib:

“Görüş üçün konkret yer və vaxt məlum deyil”, - deyə Türkiyə rəsmiləri bildirib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *