Ukrayna Radasında erməni və gürcü arasında münaqişə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Ukrayna Radasında erməni və gürcü arasında münaqişə

Ukrayna Radasında erməni və gürcü arasında münaqişə


Milli İslahatlar Şurasının iclasının gedişatında Ukraynanın DİN (Daxili İşlər Nazirliyi) rəhbəri Arsen Avakov Odessa Dövlət vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili ilə mübahisə edib, söz davası əsnasında Avakov Saakaşvilinin üzünə su atıb.

Oxu.Az segodnya.ua-ya istinadən xəbər verir ki, bu barədə A.Avakov bazar ertəsi axşamı öz Facebook səhifəsində yazıb.

“İndicə Radada islahatlara dair iclasda cənab Saakaşvili mənim Odessa Limanyanı Zavodu (OLZ) ilə bağlı məsələni həll etmək üçün Uralxim-dən olan rus oliqarxı ilə niyə ünsiyyətə girdiyi və bunun OLZ-nin özəlləşdirilməsi ilə nə əlaqəsi olduğu barədə sualıma cavab istəyərkən, özünüidarəni itirdi. Odessa qubernatoru isterikaya düşdü və mənə qışqırmağa başladı.

O qışqıraraq “Heç kim Mixeil Saakaşvili ilə belə danışa bilməz, buna heç kimin haqqı yoxdur... Sən korrupsiyaya uğramış nazirsən... Mən isə təmiz adamam...” dedi və birbaşa təhqirlərə keçdi. Mən Saakaşvilini vurmamaq üçün özümü zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım””, - A.Avakov yazıb.

A.Avakov M.Saakaşvilinin populist olduğunu və indi “işinin öhdəsindən gəlmədiyi üçün səs-küylü istefaya səbəb axtarır” fikrini irəli sürüb.

Odessa qubernatoru da öz növbəsində Facebook səhifəsində Ukraynanın DİN rəhbəri Arsen Avakov ilə mübahisəsindən yazıb. O prezident administrasiyasından Kiyevdə İslahatlar Şurasında onun üzünə suyun atılması videosunu dərc etməyi tələb edib.

“Mən qəti şəkildə prezident administrasiyasının mətbuat xidmətindən yazının tam şəkildə dərc edilməsini tələb edirəm. Videoyazı üç kamera vasitəsilə aparılırdı. Mən hər bir sözümə cavabdehəm”, - məlumatda deyilir.

Ukraynanın xalq deputatı Sergey Leşenko İslahatlar Şurasının iclasında iştirak edənlərə istinadən hadisənin təfərrüatlarını danışıb.

“Saakaşvili məruzəsini bitirdikdən sonra nazir Avakov ona teleefirlərdə olduğu kimi odlu-alovlu çıxış etmədiyinə dair irad tutdu. Dava başladı, Avakov Saakaşvilini oğru olmaqda ittiham etdi. Saakaşvili isə cavab olaraq təmiz adından başqa heç nəyi olmadığını bildirdi. Bundan sonra Avakov qışqıraraq “Mənim ölkəmdən rədd ol” dedi. Özünü itirən Avakov su stəkanını Saakaşviliyə atdı”, - xalq deputatı Facebook səhifəsində yazıb.

Leşenkonun sözlərinə görə, hər şey prezident Poroşenkonun gözü önündə baş verib, o tərəfləri sakit etməyə çalışıb, daha sonra isə iclası bağlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *