“Türkiyədən AB-yə narkotik gedir”
Əfqanıstandan gələn narkotiklər Türkiyə vasitəsilə Balkanlara, oradan da Avropa Birliyinə aparılır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin sədri Viktor İvanov söyləyib.
Qeyd edək ki, Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Moskva-Ankara münasibətləri pisləşib. Moskva Ankaranı İŞİD-ə dəstək verməkdə və İŞİD-lə neft ticarəti etməkdə günahlandırıb.
Mənbə:> Axar.az