Türkiyə İŞİD mövqelərini bombalamağı dayandırıb
Türkiyə Hərbi Hava Qüvvələri Rusiyanın Su-24 təyyarəsi ilə bağlı baş verən hadisədən sonra İŞİD terrorçularının mövqelərini bombardman etməyi dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters Vaşinqtondakı iki yüksək vəzifəli mənbəsinə istinadən xəbər verir.
Məlumat verilir ki, yaraqlıların mövqelərinə hava hücumlarını dayandırmağı Türkiyədən ABŞ xahiş edib. Bunun rəsmi Moskva və Ankara arasında gərginliyin azaldılması üçün edildiyi açıqlanıb.
Lakin Türkiyə İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyada iştirakının dayandırılması barədə istənilən versiyanı təkzib edib.
“Biz ən azı əməliyyatların yarısında iştirak edirik. Bundan əlavə, Türkiyənin kəşfiyyatda əhəmiyyətli rolu var. Həmçinin biz logistikanı və baza məlumatlarını təmin edirik”, .
Mənbə:> Oxu.Az