Hannibal Qəddafi həbs edildi
Livanda yaşayan Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Hannibal Qəddafi Livanda həbs edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Ən-Nahar” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına əsasən, dindirilmədən sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.
Hannibal Qəddafi 1978-ci ildə Liviyada müəmmalı şəkildə itkin düşən şiə imamı Musa Sədr barədə məlumatı qəsdən gizlətməkdə təqsirli bilinir.
Mənbə:> Oxu.Az