Davudoğlu: Türkiyə Rusiyadan üzr istəməyəcək
Türkiyə Rusiya ilə münasibətlərinin normallaşması üçün istənilən dialoqa hazırdır, amma üzr istəmək və təzminat mövzularını müzakirə etməyəcək.
Oxu.Az xəbər verir ki, bu iddialar ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu A Haber telekanalının efirində çıxış edib.
“Biz əvvəlcədən açıq siyasət yürütmüşük və istənilən dialoqa açığıq. Bu hadisə (Su-24 təyyarəsi ilə bağlı) mənsubiyyəti naməlum olan hərbi təyyarənin bizim hava məkanımızı pozması nəticəsində baş verib. Həyəcan siqnalı ilə sərhədlərimizi müdafiə etmək üçün tədbirlər görülüb. Bu konkret ölkəyə qarşı addım deyil. Buna görə, söhbətə üzr istəməkdən və təzminatdan başlamaq olmaz”- o iddia edib.
“Biz istənilən səviyyədə Rusiyanı masa arxasına oturub bütün məsələləri müzakirə etməyə, əlaqə kanallarını yaratmağa çağırdıq. Suriya mövzusu Türkiyə və Rusiya münasibətlərinə təsir etməməlidir. Gərginliyin artırılması siyasəti yanlışdır”, - baş nazir belə hesab edir.
Rusiya qazının Türkiyəyə tədarükünə görə, mümkün problemlərə gəldikdə, Davudoğlu bəyan edib ki, hal-hazırda qaz ilə heç bir problem yoxdur.
“Akkuyu” AES layihəsi barədə danışarkən o, layihənin dayandırılmasına dair ona heç bir məlumat verilmədiyini bildirib.
Mənbə:> Oxu.Az