Davudoğlu: Türkiyənin Rusiya qazına alternativi var
Rusiyadan Türkiyəyə qaz nəqlinin dayandırılacağı təqdirdə Türkiyənin Azərbaycan və İran qazı kimi alternativi var.
Oxu.Az-ın məlumatına görə, bunu baş nazir Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Ankara ümid edir ki, Rusiya bu addımı atmayacaq. Lakin əgər Moskva bunu etsə, Türkiyə Azərbaycan və İrandan qaz nəqlini artıracaq.
Türkiyənin baş naziri həmçinin Ankarının bu böhrana səbəb olmadığını xatırladaraq, Rusiyaya daha məntiqli olmağı məsləhət görüb.
Mənbə:> Oxu.Az