Türkiyənin hərbi attaşesi təcili Rusiya Müdafiə Nazirliyinə çağırılıb
Türkiyənin Rusiyadakı hərbi attaşesi Egey dənizində baş verən silahlı insidentlə əlaqədar təcili olaraq RF Müdafiə Nazirliyinə çağırılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Egey dənizində baş verən hadisə ilə əlaqədar Rusiya Müdafiə nazirinin müavini Anatoliy Antonov Türkiyənin RF-dəki hərbi attaşesini ölkənin Müdafiə Nazirliyinə çağırıb”, - məlumatda bildirilir.
Mənbə:> Oxu.Az