Əfqanıstanda döyüş: 61 nəfər öldü
Əfqanıstan Silahlı Qüvvələri 24 saatdan artıq davam edən qarşıdurmadan sonra “Taliban” üzvlərini Qəndəhar aeroportundan çıxara bilib, Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, son məlumata görə, döyüş zamanı 61 nəfər həlak olub
Əvvəlcə aeroporta hücum edərək orada möhkəmlənən 11 “talibançı”, ardınca aeroportla eyni kompleksə aid olan məktəb və hərbi bazaya da nəzarəti ələ keçirib.
Əməliyyat nəticəsində ölənlər arasında 38 mülki şəxsin, 10 əfqan əsgərinin və 2 polisin olduğu açıqlanıb.
Hüquq-mühafizə orqanları əməkdaşları bildiriblər ki, vətəndaşlar arasında itkiləri azaltmaq üçün hücum tədricən həyata keçirilib.
Mənbə:> Oxu.Az