Rusiyanın yalanı üzə çıxdı: “Məktub göndərməmişik” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiyanın yalanı üzə çıxdı: “Məktub göndərməmişik”

Rusiyanın yalanı üzə çıxdı: “Məktub göndərməmişik”


Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) Türkiyənin İraqa qoşun yeritməsi müzakirə olunub.

Axar.az xəbər verir ki, Moskvanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin jurnalistlərə açıqlamasında İraqın tələbindən sonra TŞ-nin toplandığını deyib:

“İraq BMT TŞ-yə məktub göndərib. İraqın baş naziri və digər Bağdad rəsmiləri açıq-aşkar narahatlığını dilə gətirir. Yığıncağın çox əhəmiyyətli olmasına baxmayaraq, xəyal qırıqlığına uğradım. Biz TŞ sədrinin BMT Xartiyası, beynəlxalq hüquq, İraqın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilməsini dəstəkləyən bəyanat mətni oxumasını istədik. Ancaq bəzi üzvlər problemin daha da böyüdülməməsini müdafiə edərək bunu qəbul etmədilər”.

Lakin İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli hakim BMT TŞ-yə müraciə olunmadığını açıqlayıb:

“Biz problem Ankara-Bağdad arasında həll etmək istəyirik. Ehtiyacımız olarsa, məsələni məktubla BMT TŞ-yə bildirərik. Ancaq rəsmi Bağdad hələ TŞ-yə məktub göndərməyib. Çurkinin zənnimcə, 25 İyun 2014-cü ildə göndərilən məktubdan bəhs edir”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *