İraqda Türkiyə-Rusiya savaşı başlayır
Türkiyənin İraqa canlı qüvvə yeritməsi Bağdadın Rusiyadan yardım istəməsi ilə nəticələnə bilər.
Axar.az xəbər verir ki, bu barədə İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim Zamil jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İraqın suverenliyi pozulduğuna görə, Rusiyadan yardım tələb olunacaq:
“Türkiyənin işğalına və İraqın suverenliyinin pozulmasına qarşı Rusiyanın İraqa birbaşa hərbi müdaxiləsi ola bilər”.
Mənbə:> Axar.az