ABŞ generalı İraqa getdi
ABŞ ali hərbi rəsmisi ötən gün İraqa səfər edərək orada ABŞ komandanlığı və İraq rəsmiləri ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, ABŞ Birgə Qərargahlar rəisi Martin Dempsi İŞİD terror qruplaşmasına qarşı müharibənin genişləndirilməsində növbəti mərhələni müzakirə etmək üçün İraqa gedib. Bağdada ötən gün çatan Dempsi orada İraqın baş naziri Heydər Əl-Abadi ilə görüşüb.
Baş naziri sözçüsü bildirib ki, cənab Əl-Abadi ABŞ-la hərbi əməkdaşlığın daha da yaxınlaşdırılmasına ümid etsə də, Amerika qoşunlarının İraq ərazilərində müharibə aparmasını istəmir.
Səfərindən cəmi iki gün əvvəl general Dempsi ABŞ-ın Konqres komitəsinə bildirmişdi ki, ABŞ rəsmiləri Mosul və digər şəhərlərdə döyüşlər aparmaq üçün az saylı əsgəri İraqa göndərməyi nəzərdən keçirə bilər.
Qeyd edək ki, İŞİD terror qruplaşması silahlıları Mosula nəzarəti iyun ayındə ələ keçirib.
Mənbə:> ANSPRESS