PKK-nın beton bunkerləri məhv edildi
Türkiyənin Tunceli vilayətində silahlı qüvvələr tərəfindən PKK terrorçularının beton bunkerləri və yeraltı sığınacaqları məhv edilib.
Axar.az xəbər verir ki, əməliyyatlar 6-7 dekabr tarixlərində həyata keçirilib.
Terrorçuların nəzarət etdiyi Tunceli-Pülümür yolundakı silah-sursat anbarları, gözətçi məntəqələri tamamilə dağıdılıb.
Qeyd edək ki, bir müddət əvvəl PKK lideri Murad Qarayılan dövlət rəsmilərinə səslənərək bildirmişdi ki, Tunceli-Pülümür yolu tamamilə terrorçuların əlindədir:
“Özünüzə güvənirsinizsə, gəlin bu yoldan keçin”.
Mənbə:> Axar.az