Gözlənilən görüş baş tutdu – Rusiya və Türkiyə rəsmiləri nədən danışdılar?
Rusiyanın xarici işlər naziri Sergey lavrov və türkiyəli həmkarı Mövlud Çavuoğlunun Belqradda görüşü baş tutub.
Son günlərin ən çox gözlənilən görüşü ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin toplantısı çərçivəsində keçirilib. Mətbuata qapalı olan görüş 40 dəqiqə davam edib.
Həmkarı ilə qarşılaşandan sonra Çavuoğlun ilk açıqlamasını da verib. O, “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı mübarizə ilə qarışdırmağın gərəksiz olduğunu qeyd edib:
“Ortaya atılan iddialara qarşı öz cavablarımızı verdik. Yeganə istədiyimiz şey-onların arqumentsiz iddialarından imtina etmələridir. İndiyə qədər cavab verməmişdik, amma belə davam edə bilməz...”
Lavros isə Türkiyə XİN rəhbəri ilə görüşdən Rusiyanın heç nə qazanmadığını, görüşün mənasız keçdiyini bildirib:
“Mövlud Çavuoğludan yeni, təzə heç nə eşitmədik. O, yalnız prezidenti Ərdoğanın dediklərini təkrar etdi”.
Mənbə:> Qafqazinfo.az