Türk və rus nazirlərin 40 dəqiqəlik görüşü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Türk və rus nazirlərin 40 dəqiqəlik görüşü – FOTO, YENİLƏNİB

Türk və rus nazirlərin 40 dəqiqəlik görüşü


Rusiya xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında Serbiyanın paytaxtı Belqradda keçirilən görüş başa çatıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü 40 dəqiqə davam edib. Bu görüş təyyarə böhranı sonrası iki ölkə arasında yüksək səviyyədə keçirilən ilk görüşdür.

Görüşün təfərrüatları barədə hələlik heç bir məlumat verilmir


***19:33***

Rusiya ilə Türkiyə arasında təyyarə böhranından sonra bu gün yüksək səviyyəli ilk görüş artıq başlayıb.

ANS PRESS-in məlumatına görə, bu dəqiqələrdə Belqradda Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü keçirilir.

Rusiya təyyarəsinin vurulmasından sonra bu, tərəflər arasında ilk görüşdür. Türkiyə - Rusiya böhranı sonrası xarici işlər nazirləri səviyyəsində ilk görüş Serbiyanın paytaxtı Belqradda reallaşır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Toplantısı üçün Serbiyanın paytaxtı Belqradda olan xarici işlər naziri Mövlüd Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə bir araya gəlib. Hələlik tərəflər arasında hansı danışıqların olduğu və nə barədə müzakirələr olunduğu barədə məlumat verilmir.

Türk və rus nazirlərin 40 dəqiqəlik görüşü

Nazirlərin görüşündən foto

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

Türk və rus nazirlərin 40 dəqiqəlik görüşü


Rusiya prezidenti Vladimir Putin həmçinin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

"Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında" fərman imzalayıb", - deyə Kremlin rəsmi saytı xəbər verilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *