Avstraliya parlamenti: Qarabağ Azərbaycanındır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

Avstraliya parlamenti: Qarabağ Azərbaycanındır

Avstraliya parlamenti: Qarabağ Azərbaycanındır


Avstraliyanın federal parlamentinin 30 noyabr 2015-ci il tarixli sessiyası zamanı Qərbi Avstraliya ştatından millət vəkili seçilmiş, eləcə də Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Lyuk Simpkins Dağlıq Qarabağ və ətraf regionlar da daxil olmaqla Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar Avstraliya Hökumətinin rəsmi mövqeyi haqqında xarici işlər naziri xanım Culia Bişopa sual ünvanlayıb.

Bu barədə Oxu.Az-a Azərbaycanın Avstraliyadakı səfirliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, dünyada xalqların suveren ərazilərinin qeyri-qanuni işğalının qınanılması ilə bağlı Avstraliyanın uzunmüddətli siyasət yürütdüyünü bildirən xanım Bişop Dağlıq Qarabağ məsələsində Avstraliya Hökumətinin Azərbaycanın suverenliyini tanıdığını diqqətə çatdırıb.

Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadıqlarını söyləyən C.Bişop Avstraliya Hökumətinin vəziyyəti həll etmək ilə bağlı Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib.

Çıxışın sonunda avstraliyalı diplomat Ermənistan və Azərbaycanı məsələni sülh yolu ilə həll etmək üçün bir araya gəlməyə, münaqişəyə və Dağlıq Qarabağın işğalına son qoymağa çağırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *