Tatarlar Rusiyadan suverenlik tələb edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Tatarlar Rusiyadan suverenlik tələb edir – MÜRACİƏT

Tatarlar Rusiyadan suverenlik tələb edir


Kazan şəhərində ictimai fəallar konfrans keçirərək Tatarıstan Respublikasının müstəqilliyini tələb ediblər.

Axar.az Novaya Qazeta-ya istinadən xəbər verir ki, Ümumtatar İctimai Mərkəzinin təşkil etdiyi konfransda dövlətçilik problemləri əsas müzakirə mövzusu olub.

Tədbirdə ictimai fəallar, alimlər, keçmiş və hazırkı millət vəkilləri fikir mübadiləsi aparıb.

Məlum olduğu kimi, Rusiyanın federal qanunlarına əsasən, Tatarıstan istisna olmaqla, federasiyaya daxil olan respublika rəhbərlərinin prezident adlandırılması ləğv edilib. 2016-cı ilin yanvarından bu qanun Tatarıstana da şamil olunacaq.

Konfrans nümayəndələri prezident postunun saxlanılması və 1992-ci il konstitusiyasının bərpası ilə bağlı təkliflərlə çıxış ediblər. Konfransda sözügedən mövzularla bağlı Dövlət Dumasına müraciət etmək qərara alınıb.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *