Fransadan Rusiyaya dəstək
Rusiya və Fransanın terrorla mübarizədə koalisiya yaradılması barədə mövqeləri üst-üstə düşür.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Fransua Olland ilə görüşündə deyib.
“Suriyada terrorçularla mübarizə aparmaq üçün hər iki dövlətin birgə hərəkət etməsi vacibdir. Bizim mövqeyimiz bəllidir. Fransa ilə birgə birgə hərbi əməkdaşlıq etməyə hazırıq. Hər iki ölkə terror olaylarında bu günə qədər xeyli qurban verib. Parisdə yaşanan son olaylar bizi dərindən sarsıtdı”, - deyə Putin bildirib.
Olland da Putinin söylədiklərini təsdiqləyərək, terrorçuların ortaq düşmən olduğunu vurğulayıb:
“Geniş şəbəkəyə malik olan terrorçuları vurmaq üçün birlikdə koalisiya yaratmalıyıq. Bu barədə sizinlə danışmaq məqsədilə Moskvaya gəldim. Düşünürəm ki, terrorçulara qarşı birgə mübarizə apara bilərik”.
Mənbə:> Axar.az