AŞPA: Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

AŞPA: Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər

AŞPA: Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər


Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının 20 ildən artıqdır baxımsız vəziyyəti bütün sərhədboyu regiona təhlükə törədir.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə AŞPA Sosial Məsələlər Komitəsinin qəbul etdiyi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsində bildirilir.

Milisa Markoviçin müəllifi olduğu məruzədə bildirilir ki, Sərsəng su anbarının təmirsiz vəziyyəti insan itkisi və humanitar böhranla nəticələnə biləcək fəlakətə səbəb ola bilər:

“Bu humanitar problem fonunda Komitə Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidən çıxarılmasını tələb etməklə yanaşı, həm də müstəqil mühəndis və hidroloqların ərazidə araşdırma aparmasına, irriqasiya kanallarına, Sərsəng və Madagiz anbarlarının vəziyyətinə, payız və qışda suyun buraxılması cədvəlinə beynəlxalq nəzarətin olması ilə bağlı müraciət edir”.

Sənəddə o da bildirilir ki, Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər.

Ermənistan hakmiyyəti su mənbələrindən siyasi təzyiq aləti kimi istifadəni dayandırmağa çağırılır.

Qeyd edək ki, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçirilən iclasında qəbul edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *