AŞPA məruzəçisi cəbhə xəttinə gedir
AŞPA-nın “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edəcək.
Oxu.Az AŞPA-nın saytına istinadən xəbər verir ki, məruzəçinin səfəri 15-16 sentyabr tarixlərində Azərbaycanın nəzarətində olan ərazilərdə baş tutacaq.
Bildirilir ki, təmas xəttinin digər tərəfinə səfər isə yaxın gələcəkdə gözlənilir.
Mənbə:> Oxu.Az