Əli Əhmədov: Azərbaycan Rusiya və Türkiyə arasında qarşıdurmanın yaranmasını istəmir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Əli Əhmədov: Azərbaycan Rusiya və Türkiyə arasında qarşıdurmanın yaranmasını istəmir

Əli Əhmədov: Azərbaycan Rusiya və Türkiyə arasında qarşıdurmanın yaranmasını istəmir


Azərbaycan cəmiyyəti, bizim hər birimiz, hər bir vətəndaş son günlərdə məlum insidentlə əlaqədar Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini və narahat olduğunu bildirir.

AzNews.info xəbər verir ki, bu fikirləri AzərTAc-a açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov son günlər Türkiyə ilə Rusiya arasında yaranmış gərgin münasibətləri şərh edərkən bildirib.

Türkiyənin bizim üçün qardaş və strateji müttəfiq ölkə olduğunu vurğulayan Əli Əhmədov deyib:

“Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu, bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır.”

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *