“Rusiyanın İŞİD savaşı sanksiyaya təsir etməyəcək”
Rusiyanın İŞİD-ə qarşı mübarizə kampaniyasında iştirak etməsi sanksiyaların ləğvinə şərait yaratmayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Finlandiyanın Baş naziri Yuxa Sipilya söyləyib. Onun sözlərinə görə, Qərbin anti-Rusiya sanksiyaları Ukrayna və Krımla bağlıdır:
“Hər şey Minsk razılaşması ilə bağlıdır. Burada heç bir inkişaf müşahidə edilməyib. Rusiya ilə bərabər, Ukrayna da gərək bu prosesin həllində yardımçı olsun. Anti-terror savaşı Ukraynanı unutmağımıza səbəb olmayacaq”.
Xatırladaq ki, G20 sammiti çərçivəsində görüşən ABŞ Prezidenti Barak Obama və bəzi Avropa liderləri Rusiyaya qarşı sanksiyaların daha 6 ay uzadılması barədə razılığa gəliblər.
Mənbə:> Axar.az