Fransa Gömrüyündə atışma
Fransanın Gömrük xidmətinin bir zabiti və iki polis atışmada yaralanıblar. Atışma bazar ertəsi Tulon şəhərində baş verib, RİA Novosti BFMTV telekanalına istinadən məlumat yayıb.
“Atışma qanunsuz silah dövriyyəsi ilə əlaqədar keçirilən əməliyyat zamanı baş verib.
Gömrükçülərdən biri bu əməliyyat çərçivəsində binaya daxil olub və avtomatik silahdan güllələnib”, telekanal məlumat yayıb.
Oxu.Az xəbər verir ki, atəş açan kişi saxlanılıb.
Parisdə noyabrın 13-də baş verən silsilə terror aktlarından sonra prezident Fransua Ollandın təklifi ilə Fransada fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Mənbə:> Oxu.Az