ABŞ-da atışma: Həlak olan var
Amerikanın Luiziana ştatında cinayətkarın törətdiyi əməl nəticəsində dörd nəfər, o cümlədən polis yaralanıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə KLPC telekanalı bildirib.
Hadisə Sanset şəhərində baş verib. Şübhəli şəxs soyuq silah ilə iki nəfərə hücum edib, sonra isə şossedə yanacaqdoldurma məntəqəsində yerləşən mağazada özünə sığınacaq qurub.
Bu zaman orada üç nəfər olub – mağazanın sahibi, aşpaz və alıcı. Hər üçü mağazanı tərk edə biliblər.
Cinayətkar hadisə yerinə gələn polisə atəş açıb. Polis yaralanıb və xəstəxanaya yatırılıb.
Hücum edən şəxs bir müddət sonra saxlanılıb. Tibb işçiləri saxlanılma zamanı istifadə edilən qıcıqlandırıcı qazdan xəsarət alan cinayətkara tibbi yardım göstərməli olublar.
Daha sonra məlum olub ki, cinayətkarın soyuq silah ilə hücum etdiyi iki nəfərdən biri və atəş açaraq yaraladığı polis həlak olub.
Mənbə:> Oxu.Az