Günel Səfərova "125-lər"dən ayrıldı – FOTO
“125-lər” Siyasi Klubunun sədr müavini, 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd olmuş Günel Səfərova öz facebook səhifəsində təmsil olunduğu klubdan ayrıldığını bəyan edib.
AzNews.info Aktual.az-a istinadən Günel Səfərovanın statusunu təqdim edir:
"Son bir ilə kimi yalniz ictimai fəaliyyətim olub və siyasi fəaliyyətə 125-lər Siyasi klubu ilə başladım. Bu klubda çox sevdiyim və dəyər verdiyim insanlarla birlikdə parlament seçkilərində iştirak etdik. Mən bu gündən etibarən klubda fəaliyyətimi dayandırdım və ictimai-siyasi fəaliyyətimə heç bir qurumda təmsil olmadan davam edəcəm.
Parlament seçkiləri üçün qurulmuş bir platforma olduğu üçün bütün gücümü layihədəki fəaliyyətə yönləndirirdim. Seçkilər bitdi və artıq növbəti mərhələdə hədəflərim və prioritetlərim fərqlidir.
Uğurlar hər kəsə".
Mənbə:> Aktual.az