Məlahət İbrahimqızı Günel Səfərovanı YAP-a çağırdı, qarşı tərəf isə... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Məlahət İbrahimqızı Günel Səfərovanı YAP-a çağırdı, qarşı tərəf isə...

Məlahət İbrahimqızı Günel Səfərovanı YAP-a çağırdı, qarşı tərəf isə...


“Mən onu heç rəqib hesab etmirdim. Bu qəbildən olan adamlar məncə təcrübə öyrənmək üçün qatılıb seçkiyə. Görsünlər ki, protokollar, seçki plakatları, posterləri necə hazırlanır, seçicilərlə görüşmək necə olur, imza vərəqləri toplamaq olur, ya olmur”.

Bunu Cebhe.info-ya açıqlamasında 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən parlamentə seçilən Məlahət İbrahimqızı 125-lər" Siyasi Klubunun sədr müavini Günel Səfərovanın "Mənim səslərim Məlahət İbrahimqızına sayılıb" fikirinə münasibət bildirərkən deyib.

Məlahət İbrahimqızı bu məsələyə qayıtmaq istəmədiyini vurğulayıb: “Apardığım müşahidələrdən bu qənaətə gəlirəm ki, bu insanlar təcrübə toplamaq istəyirlər. Təcrübə toplamaq yaxşıdır. Həyatda hər şeyə təcrübə toplamaq və öz üzərində işləmək lazımdır. Mən bunu yüksək qiymətləndirirəm. Buna baxmayaraq mənə çatdırdılar ki, 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən olan digər namizədlər qanun pozuntusu edir. Mən əhəmiyyət vermirdim, deyirdim eybi yox, qoy heç olmasa təcrübə toplasın, görsün qanuni necə olur. Onsuz da onlar qanun pozuntusuna öyrənib. Ümumiyyətlə, dünən sosial şəbəkələrdə çox ajiotajlar, qarayaxmalar aparıldı. Sonra onun bir müşahidəçisinin saytlara verdiyi açıqlamasını oxudum, deyir ki, sosial şəbəkələrdə guya seçkinin gedişi barədə narazılıq gedir, amma biz o problemləri görmürük, biz sakit, şəffaf və azad seçki görürük. Əlbəttə, mən onlara fikir vermirəm, çünki onlar praktikantdır və təcrübə toplamalıdırlar. Heç mən maraqlanmadım ki, onlar seçki kampaniyasını necə keçirib. İstərdim ki, bütün gənclər qarşısına məqsəd qoysun ki, gələcəkdə siyasətçi olmaq istəyir. Hesab edirəm ki, onlar YAP-a üzv olub, partiyanın potensiallı gənc üzvlərinə baxıb nələrisə götürməlidirlər. YAP-ın cavan-cavan üzvləri millət vəkilləridir. Onlar gedib hesabatlarını yazsınlar. Onların qənaəti belədir ki, əgər mən seçilərəmsə, seçki demokratik, seçilmərəmsə, qeyri-demokratikdir. Bu, ayıb bir şeydir. Nəsimi rayonunda Yap-ın 48 min üzvü var. Mən də 10 ildir ki, YAP-ın rayon təşkilatının sədriyəm, üstəlik, 15 ildir millət vəkili olduğumu demirəm. Ölkədə yarım milyondan çox partiyanın üzvü var. Elə təkcə YAP-ın üzvlərinin səs verməsi kifayət edir ki, ölkədə seçki keçirilsin. Getsinlər öyrənsilər ki, siyasət nədir, siyasi mədəniyyət, etika nədir, sonra Məlahət İbrahimqızına verilən səsdən danışsın. Mənə haram səs lazım deyil”.

“Hələ ki, siyasi partiyalılığı düşünmürəm. Çünki partiyalılıq daha çox öhdəlik qoyur, mən daha çox bitərəfəm. Amma ola bilər ki, bu qərarda müəyyən dəyişiklik baş versin. Bunu da gələcək illərdə görəcəyik. Siyasət mənim sahəmdən o qədər də uzaq olmayıb. İllərdir ictimai fəaliyyət göstərirəm”. Bunu isə Cebhe.info-ya "125-lər" Siyasi Klubunun sədr müavini, 21 saylı Nəsimi Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərova deyib.

“Yanlış yönləndirilməsin, burda hədəfimiz rəqiblər deyildi, seçkini saxtalaşdıranlar idi. Əvvəlcə Məlahət xanıma təşəkkür edirəm. Biz bu seçkidə həqiqətən də təcrübə toplamaq istəyirdik. Əgər Məlahət xanım əmindirsə, onu seçicilər seçib və növbəti 5 il üçün Nəsimi rayonu 21 saylı Dairəyə yaxşı millət vəkili olacaqsa, birinci mən özüm onu təbrik edərəm.
MSK-nın qərarından sonra başqa instansiyalara müraciət etmək fikrim yoxdur. Çünki mən Azərbaycanı çox sevirəm, bütün fəaliyyətimin mərkəzində Azərbaycanın dövlətçiliyi durur. Mən Avropa Məhkəməsinə müraciət edib, dövlətimi məhkəməyə verəcək adam deyiləm.

YAP seçki siyahısını çox gec açıqladı. Məlahət xanıma olan hörmətim o qədər idi ki, onun verdiyi dairəni bilsəydim, mən namizədliyimi heç ordan verməzdim. Çünki Məlahət xanımı QHT fəaliyyətindən tanıyıram. İctimai sektorda bir çox millət vəkillərindən daha çox iş görüb. Hətta Nəsimi rayonu üzrə namizədliyimi irəli sürəndə düşünürdüm ki, YAP sədri kimi onun xeyir-duasını almaq istəyirdim. Şəxsən mənim nümayəndələrim gördü ki, “karusel” keçirirlər. Düşünürəm ki, YAP sədri olan, illərdir orda fəaliyyət göstərən birinin “karuselə” nə ehtiyacı var”.

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *