Virtual səsvermələrdə saxtakarlıq
Sabah Milli Məclisə seçkilər günüdür.
AzNews.info xəbər verir ki, ölkə gündəmini zəbt edən seçkilərə böyük maraq danılmazdır. Bununla əlaqədar olaraq, internet məkanda da bir çox virtual səsvermələr təşkil olunub. Seçkilərdən öncə baş tutan virtual səsvermələr namizədlərə öz imkanlarını dəyərləndirmək üçün bir şans idi. Lakin, burada da bir sıra neqativ hallar müşahidə olundu. Gülarə Əzimzadə adlı oxucumuz bununla bağlı saytımıza məktub ünvanlayıb. Onun sözlərinə görə, dünən gecə radələrində virtual səsvermə saytlarından biri olan milletvekili.az saytında səsvermə dayandırılıb və yekun nəticələr saytda nümayiş olunub. Yekun nəticələrə görə, 21 saylı Nəsimi rayonu seçki dairəsindən 13028 səslə Günel Səfərova birinci, 12321 səslə Məlahət İbrahimqızı ikinci yerdə qərarlaşıb.
Lakin, bugün məlum olmayan səbəbdən 13133 səslə Məlahət İbrahimqızı birinci yerdə, 13029 səslə Günel Səfərova ikinci yerdə nümayiş olunur.
Məsələ ilə bağlı, adı çəkilən saytın açıqlamasını dərc etməyə hazırıq.
Mənbə:> AzNews.info