Deputatlığa namizəd Bakıda yoxa çıxıb
Azərbaycan Avropa Hərəkatının pəhbəri, Milli Məclisə seçkilər üzrə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı oktyabrın 25-də axşam saatlarında yoxa çıxıb.
Bu barədə Turan-a R.Hacılının həyat yoldaşı Aysel Əlizadə bildirib.
O, R.Hacılının harada və hansı şəraitdə yoxa çıxması barədə məlumata malik deyil. “Polisə məlumat vermişik, axtarırlar”, - A.Əlizadə qeyd edib.
A. Əlizadə özü 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəddir. R.Hacılı həm də A.Əlizadənin səlahiyyətli nümayəndəsidir.
“Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən mənə zəng etdilər ki, Ramin ora sənəd təqdim etməlidir... Mən onun telefonlarına zəng etdim, telefonları bağlı idi. Heç vaxt telefonlarını söndürmür. Narahat oldum. Bir necə saat keçdi, yenə telefonları bağlı idi. Bundan sonra vəkillərimlə Raminin seçki qərargahına getdim. Orada da yox idi. Dostlarını aradıq, onların da məlumatı yox idi. Nəhayət, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” xəbər verdik”, - A.Əlizadə bildirib.
Mənbə:> turan