Azərbaycan Rusiyanın An-124 təyyarəsini hava məkanına buraxmadı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial

Azərbaycan Rusiyanın An-124 təyyarəsini hava məkanına buraxmadı – AUDİO

Azərbaycan Rusiyanın An-124 təyyarəsini hava məkanına buraxmadı


Noyabrın 15-də Rusiyanın Hərbi kosmik qüvvələrinin An-124 “Ruslan” ağır nəqliyyat təyyarəsi Ermənistanın Gümrü aerodromundan havaya qalxıb, çox güman ki, o, Rusiyaya uçurdu.

Amma təyyarə havaya qalxdıqdan bir müddət sonra geri dönməli olub, belə ki, Azərbaycan təyyarəyə öz hava məkanına daxil olmağı qadağan edib, voskanapat.info məlumat yayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib.

Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığının yazısı da əlavə edilib.

Yazıya müvafiq olaraq, pilot “Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdiyi üçün” havaya qalxdığı aerodroma qayıtmaq məcburiyyətində olduğunu söyləyib.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir, onun maddi-texniki təminatı əsasən hava yolu ilə təmin edilir.

Audioyazını buradan dinləyə bilərsiniz.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *