Kralın oğlu "AST Telman"ın keçmiş otelinə böyük kortejlə gəldi
Şahzadə Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan və bu günlərdə kredit borclarına görə əlindən alınan dəbdəbəli “Mardan Palace” otelini bir neçə günlüyə bağlatdırıb.
Virtualaz.org saytı xəbər verir ki, məlumatı Türkiyənin "Milliyet" qəzeti yayıb.
Adıçəkilən nəşrin verdiyi məlumata görə, ərəb şahzadəsi və onu müşayiət edən şəxslər Antalyaya varisin şəxsi təyyarəsi ilə gəliblər. Onlar aeroportdan Antalyadakı otelə 30 avtomobildən ibarət kortejlə gediblər. Səudiyyə Ərəbistan kralı ilə şahzadənin istifadə edəcəkləri əşyalar və 100 nəfərədək xidmətçi oteldə bir neçə gün əvvəldən yerləşib.
Xatırladaq ki, bu ay Türkiyədə "G20" ("Böyük iyirmilər") sammiti olacaq. Vəliəhd zirvə toplantısında iştirak edəcək.
Mənbə:> Virtualaz.org