Kral “AST Telman”ın keçmiş otelində günə 1 milyon dollar xərcləyəcək » AzNews.info -Xəbər portalı

Kral “AST Telman”ın keçmiş otelində günə 1 milyon dollar xərcləyəcək – FOTO

Kral “AST Telman”ın keçmiş otelində günə 1 milyon dollar xərcləyəcək


G-20 ölkələrinin zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edəcək Səudiyyə Ərəbistanı kralı kral Salman bin Əbdüləziz və şahzadə Telal bin Əbdüləzizin şəxsi əşyaları qalacaqları otelə özlərindən xeyli qabaq gətirilib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyadakı “Mardan Palace” otelini 3 gün müddətinə bağlatdıran kral və şahzadənin şəxsi əşyaları 16 yük maşını ilə gətirilib. Bundan əlavə isə onlar üçün nəzərdə tutulan 65 ədəd “Mercedes” markalı və xüsusi istehsal olan maşınlar da otelə yerləşdirilib.

Əşyalar Səudiyyə Ərəbistanı hava yollarına məxsus təyyarələrlə gətirilib.

Həmin şəxsi əşyalar arasında kral və şahzadənin yataq dəstindən tutmuş su içəcəkləri stəkana, geyinəcəkləri paltara qədər hər şey var.

Kral və şahzadə bir sutkasının icarə qiyməti 15 min avro olan xüsusi villalarda gecələyəcək. Təxminən 1000 nəfərdən ibarət olan nümayəndə heyəti üzvlərinin gecələməsi üçün isə “Mardan Palace” otelində 546 otaq ayrılıb. Rusiyada yaşayan azərbaycanlı oliqarx Telman İsmayılova məxsus olmuş bu oteldəki otaqlardan ən ucuzunun bir gecəlik qiyməti 800 avrodur.

Otelin yaydığı rəsmi açıqlamaya görə, kral və şahzadənin qalacağı və gecəsi 15 min avro olan “Royal Suit Villa”da iki aydır hazırlıq işləri görülür.

Ultralüks sinfinə mənsub olan bu villalar Bakının məşhur Qız qalası mənzərəlidir.

Bundan başqa kral Salmanın ayaq basacağı ilk yerdən keçəcəyi bütün yollara qırmızı xalça səriləcək. Kral və nümayəndə heyətinin mühafizəsini isə 250 nəfərlik qrup təşkil edəcək.

Qonaqlar üçün dünya mətbəxindən müxtəlif yeməklər hazırlanacaq. Otaqlar üçün ödənişə ancaq səhər yeməyi daxildir, digər yeməklər üçün onlar otelə əlavə pul ödəyəcəklər.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinin bir gün ərzində oteldə orta hesabla 1 milyon dollardan çox pul xərcləyəcəyi bildirilir.

Kral “AST Telman”ın keçmiş otelində günə 1 milyon dollar xərcləyəcək

Mənbə: Virtualaz.org - F.Kərimli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *