Kvirikaşvili: İlham Əliyevin səfərinin nəticələrini yüksək qiymətləndirirəm » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Kvirikaşvili: İlham Əliyevin səfərinin nəticələrini yüksək qiymətləndirirəm

Kvirikaşvili: İlham Əliyevin səfərinin nəticələrini yüksək qiymətləndirirəm


Mən strateji tərəfdaş və qardaş ölkə olan Azərbaycanın dövlət başçısının Gürcüstana səfərinin nəticələrini yüksək qiymətləndirirəm.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili deyib.

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana iki günlük rəsmi səfəri mehriban dostluq şəraitində keçib.

“Görüşlərdə strateji tərəfdaşlığımızın daha da genişləndirilməsi məsələləri, münasibətlərimizin inkişafı ilə bağlı konkret təkliflər müzakirə olunub. Düşünürəm ki, bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir”, - deyə Georgi Kvirikaşvili vurğulayıb.

Nazir onu da qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü planlaşdırılır. Lakin o, görüşün konkret vaxtını açıqlamayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *