Müdafiə naziri hərbçilərə yeni rütbələr verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Foto

Müdafiə naziri hərbçilərə yeni rütbələr verdi – FOTO

Müdafiə naziri hərbçilərə yeni rütbələr verdi


Dövlət Bayrağı Günü münasibəti ilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Nazilikdən Oxu.Az-a verilən məlumata görə, bu gün bununla bağlı təqdimetmə mərasimi olub.

Hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən danışıb.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, Silahlı Qüvvələrimiz xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Müdafiə naziri hərbçilərə yeni rütbələr verdi
Müdafiə naziri hərbçilərə yeni rütbələr verdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *