Rusiya Misirin yerinə Türkiyəni seçdi
Rusiya Tur Operatorları Asossasiyası (ATOR) turistlərə Misir əvəzinə Türkiyə turları təklif edəcəklərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə “Brisco Travel” şirkətinin əməkdaşı Yuliya Polesovaya məlumat verib. Polesovaya noyabrımn 7-də səhər Misir Hurqadaya reys olduğunu, amma bunun ləğv olunaraq turistlərə eyni gün saat 16.00-da baş tutacaq Türkiyə Antalya turunun təklif olunduğunu deyib.
“Müştərilərimizə ən müvbafiq Türkiyə turlarını təklif edəcəyik. Bu variantlardan imtina edənlərin turlarını isə ləğv edəcəyik.” – deyə şirkət rəsmisi qeyd edib.
Ötən həftə şənvbə günü Misirin turistik Şarm əl Şeyx şəhərindən Rusiyanın Sankt Peterburq şəhərinə uçan sərnişin təyyarəsi indili naməlum səbəbdən qəzaya uğrayıb. Qəza səbəbindən təyyarədə olan 224 nəfərin hamısı həlak olub.
Hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Abdülfəttah əs-Sisi terror faktını istisna edir. Ötən gün ABŞ prezidenti Barak Obma və Böyük Britaniyanın baş naziri Devid Kameron hadisənin təyyarənin daxilindəki partlayıcı qurğu səbəbindən baş verə biləcəyini bəyan ediblər.
Hadisədən sonra Misir turizmi iflasa uğrayıb və bu ölkəyə planlaşdırılan bir çox turlar ləğv olunub.
Mənbə:> ANSPRESS