İlham Əliyev Əhməd Davudoğluna zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Baş naziri öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Mənbə:> Oxu.Az