İlham Əliyev Əhməd Davudoğlunu təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunu parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:
“Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.
Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.
Mənbə:> AzərTAc