Uorlik: Azərbaycan və erməni xalqları birlikdә yaşamağı bacarmalıdırlar
“Biz prezidentlәrlә danışanda, bildirmişik ki, onlar öz xalqlarını müharibәyә deyil, sülhә hazırlamalıdır”.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib.
“Prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidirlәr ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Düşünürәm ki, gәlәcәk nәsillәrә burada daha stabil gәlәcәk borcluyuq. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır", - deyə o vurğulayıb.
Amerikalı həmsədr həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna kimi görüşmək istədiklərini bildirib.
“Biz həm prezident Əliyev, həm də prezident Sarkisyanla görüşdük. Hər ikisi görüşmək istədiyini bildirdi, ilin sonuna kimi görüşmək niyyətini ifadə etdi".
C. Uorlikin sözlərinə görə, hazırda görüşün təfərrüatları üzərində işləyirlər:
“Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər. Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Biz həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməlidirlər”.
O bildirib ki, atәşkәs rejiminә hörmәt olunmalıdır:
“Biz münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәllini tapmalıyıq. Mәn hәmsәdr həmkarlarımla tәhlükәsiz yerdә idim. Lakin ATӘT-in iki әmәkdaşı tәhlükәli yerdә idilәr vә gizlәnmәyә yer axtarırdılar. Sevinirәm ki, onlar xәsarәt almayıb. Bu kimi insidentlәr qәbuledilmәzdir. Biz bu hadisә barədə ATӘT ekspertlәri ilә müzakirә aparanda onlar dedilәr ki, atәşin hansı tәrәfdәn açıldığını müәyyәnlәşdirmәk mümkün deyil. Onlar bu işin mütәxәssislәridir. Sözsüz ki, hәm münaqişә xәttindә, hәm dә beynәlxalq cәhәtdәn tanınmış iki ölkә sәrhәdindә monitorinq güclü aparılmalıdır. Lakin atәş açılanda onun haradan gәldiyini müәyyәnlәşdirmәk çәtindir. Bir daha qeyd edirәm ki, hәmsәdrlәrin iştirakı ilә monitorinq keçirilәrkәn belә indidentlәrin baş vermәsi qәbuledilmәzdir”.
Mənbə:> APA