Putin daxili neft ticarətində dollardan imtina etmək barədə göstəriş verdi
Rusiya prezidenti Vladimir Putin neft ilə ticarət əməliyyatları zamanı xarici valyutadan imtina etməyi tapşırıb.
Oxu.Az tass.ru-ya istinadən xəbər verir, bu barədə dövlət başçısı yanacaq-energetik kompleksinin (YEK) inkişafı üzrə komissiyanın iclasında bəyan edib.
Putin vurğulayıb ki, belə hesablaşmaların qanunla qadağan edilib, amma təcrübədə “neftin və neft məhsullarının Rusiyanın Novorossiysk, Taman, Ust-Luqa, Kozmino, Primorsk və digər limanlarında daşınması, ya birbaşa olaraq ABŞ dollarında müəyyən edilir, və ya onlayn sistemdə ABŞ dolları ilə göstərilir”.
“Mən başa düşmürəm, nəzarət orqanları hara baxır axı?”, - prezident sual verib.
O, qeyd edib ki, digər ölkələr ilə hesablaşmalarda, o cümlədən də YEK malları ilə ticarətdə rublun rolunu artırmaq lazımdır.
Martın 30-da Türkiyənin iqtisadiyyat nazirinin müavini Yıldırım Adnan qeyd etmişdi ki, Rusiya ilə iri investisiya layihələrində hesablaşmalar rubl və lirəyə çevrilə bilər.
Misirin turizm üzrə nazirliyi fevral ayının 18-də Rusiya ilə qarşılıqlı hesablaşmalarda rublun tətbiqini təsdiqləyib.
Bundan başqa, ötən ilin oktyabrında RF (Rusiya Federasiyası) və KXDR (Koreya Xalq Demokratik Respublikası) qarşılıqlı ticarətdə rubla keçiblər.
Mənbə:> Oxu.Az