Putin möcüzə yaradır
Dollar və avronun Rusiya rubluna nisbətən ucuzlaşması prosesi davam edir.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva birjasının bu günkü ilk iki dəqiqəsində 1 dollar 53 rubl 5 qəpikdən, 52 rubl 78 qəpiyədək enib. Gün ərzində avronun da dəyəri rubla nisbətdə 91 qəpik enib.
Neftin qiymətinin düşməsi fonunda Rusiya rublunun mövqeyinin möhkəmlənməsi halının bazarda möhtəkirlik faktlarının çoxalması ilə izah edilir. Bundan başqa rublun mövqeyinin möhkəmlənməsinin vergi yığımları ilə əlaqələndirənlər də var. Belə ki, növbəti həftədən vergi ödənməsi mərhələsi başlayır ki, dövlət xarici valyutanın satılmasını artıraraq rublun bir qədər də möhkəmlənməsinə çalışacaq.
Ümumiyyətlə ekspertlər Rusiya rublunun mövqeyinin nə vaxtadək möhkəmlənməkdə davam edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Qərb ekspertləri isə bir fikirdədirlər: Putinin komandası iqtisadi xarüqələr yaradır.
Mənbə:> ANSPRESS