Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib » AzNews.info -Xəbər portalı

Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib – FOTO

Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib


42 saylı Sumqayıt 2-ci seçki dairəsindən deputatlığa xanım namizəd Nərmin Şamilova seçicilərlə növbəti görüşlərini keçirib. Şəhərin 14-ci məhəlləsində məhəllə klubunda keçirilən görüşdə Demokratik Islahatlar Partiyasının Qadınlar Şöbəsinin sədri, jurnalist və ictimai fəal gənc - namizəd özü və platforması haqqında seçicilərə məlumat verib. Sonra vətəndaşların çıxışları dinlənilib, təklifləri qeyd olunub. Görüşdə gənclər də çıxış edərək mövcud problemlərdən danışıblar, işsizliklə bağlı məqamlara toxunublar.
Seçicilər problemlərin həllində Demokratik İslahatlar Partiyasına güvəndiklərini vurğulayıblar.
Namizədin xanım və gənc olmağına baxmayaraq, bu məsuliyyətli yükü öhdəsinə götürməsi və seçicilərin qarşısına cəsarətlə çıxması seçicilərdə müsbət rəy və ümidlər yaradıb. Qeyd olunub ki, namizəd bu vaxta kimi geniş seçki təbliğatı aparan, seçicilərlə yaxın təmas qurmağı bacaran ilk gənc xanım namizəddir. Bu isə o deməkdir ki, ictimai-siyasi həyatda qadınlarımızın rolu artıq artmaqdadır.
Bu istiqamətdə ilk təşəbbüs göstərib, prosesə təkan verdiyi üçün xanım namizəd seçicilər tərəfindən alqışlanıb.

Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib
Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib


Qeyd edək ki,42 saylı Sumqayıt ikinci seçki dairəsindən depuatalığa namizəd Nərmin Ramiz qızı Şamilova — Azərbaycan Demokratik İslahatlar Partiyasının Qadınlar Şöbəsinin Sədri, " Qadın Liderliyi Uğrunda " İB-nin sədr müavini və jurnalistdir.

Həyatı
Nərmin Şamilova 20 fevral 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. İbtidai təhsilinə 22 saylı orta məktəbdə başlamış, 2005-ci ildə Sumqayıt şəhər 35 saylı orta məktəbi, 2010-cı ildə Bakı Slavyan Universitetinin Rus dili və Ədəbiyyatı fakultəsini bitirmişdir.
Universitetdə təhsil aldığı müddətdə universitetdaxili fəaliyyət göstərən Tələbə Teleradio Studiyasında və müxtəlf televiziyalarda çalışmış, təhsilini başa vurduqdan sonra isə bir çox KİV-lərlə əməkdaşlıq etmiş, televiziya proqramlarında aparıcı və müxbirlik etmişdir.
Daha sonra " Qarant Sigorta " Şirkətində çalışmış, 2012-ci ildən isə Azərbaycan Avropa Hərəkatında layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. 2013-14-ci illərdən Azərbaycan Avropa Hərəkatının Siyasi Partiyalar və Layihələrlə iş üzrə məsləhətçidir. Hazırda Azərbaycan Demokratik İslahatlar Partiyasının Qadınlar Şöbəsinin sədridir.

Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib


Fəaliyyəti
Vətəndaş cəmiyyəti və siyasi fəaliyyətlə bağlı bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı, rəhbəri və təlimçisi olmuşdur. ( Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Macarıstan, Litva, Latviya və s. )
2012-ci il ATƏT və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi olan " Gənclərin İctimai - Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər " ində ekspert və təlimçi, həm də qeyri-rəsmi koordinatoru olmuşdur. Həmçinin ATƏT- in 2012-ci il seçki müşahidəçiləri üçün İstanbulda keçirilən təlimində iştirak etmiş və hazırda beynəlxalq müşahidəçilərin siyahısındadır.
2013-cu ildə Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in beynəlxalq müşahidəçilərinin assistent və tərcüməçisi olmuşdur.
2014-cü il Ukraynada keçirilən Prezident seçkilərində də beynəlxalq müşahidəçilik funksiyasını həyata keçirib.
Macarıstanda keçirilən vətəndaş cəmiyyəti fəallarının görüşməsində iştirak etmiş və "Visegrad" fondunun dəstəyi ilə özünün "Sağlam Şəbəkə" ( fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası ) layihəsini icra etmişdir.
Ölkələrarası əməkdaşıq və gənclər siyasəti ilə bağlı Litva respublikasina səfərlər edir: 2014-cü ilin oktyabr ayında Litva Xarici İşlər Nazirliyinin " Qadınların İnkişafının genişləndirilməsi " adlı konfransında, eləcə də 2015-ci ilin aprelində Vilnus Bələdiyyəsində keçirilən Gənclər Sammitində ölkəmizi təmsil etmişdir.
Bir çox gənclər təşkilatı və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir, müxtəlif layihələrdə müntəzəm iştirak edir. Müxtəlif ölkələrdə yerləşən səfirliklərimizlə əlaqə saxlayır, ölkə təmsilçiliyi ilə bağlı tədbirlərdə iştirak edir. Siyasi fəaliyyəti ilə bağlı bir neçə ölkənin parlamentində olmuş və təcrübələr qazanmışdır.
Subaydır, 28 yaşı var.

Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib
Sumqayıtın ən gənc xanım namizədi növbəti görüşlərini keçirib


Seçki Platforması:
( Platforma Demokratik İslahatlar Partiyasının ümumi platforması əsasında hazırlanıb )
- Azərbaycanın müasir, demokratik və güclü dövlət olmasına xidmət etmək;
- Ölkədə yüksək səviyyəli, keyfiyyətli təhsil və səhiyyə sisteminin formalaşdırılması;
- Uşaq və gənclərin hərtərəfli inkişafına dəstək;
- Qadınların ictimai-siyasi həyatda rolunun artırılmasına dəstək;
- Mədəniyyətin bütün sahələrinin inkişafı, dünyanın sivil dəyərlərinin ölkəmizdə bərqərar olması;
- Sosial qayğıya ehtiyacı olan təbəqənin - yaşlıların, şəhid və ailələrin dövlət tərəfindən maddi və mənəvi qayğı ilə əhatələnməsi;

Əlaqə: narmin.shamilova@gmail.com
Telefon: +994 51958 25 22

Mənbə: Xəbərlə.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *