Nazir müavini: Azərbaycan “Putin İttifaqında” iştirak edə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Nazir müavini: Azərbaycan “Putin İttifaqında” iştirak edə bilər

Nazir müavini: Azərbaycan “Putin İttifaqında” iştirak edə bilər

“İştirakın ətraflı qiymətləndirməsini aparmaq lazımdır”.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq imkanını istisna etmir, lakin bundan öncə bu birlikdə iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək lazımdır, bu barədə Azərbaycan iqtisadiyyat və sənayə nazirinin müavini Sevinc Həsənova bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Biz Azərbaycana fayda gətirəcək ittifaqlarda iştirak edə bilərik. Bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır”, - deyə, nazir müavini jurnalistlərə bəyan edib.

Avrasiya İqtisadi İttifaqı Beynəlxalq Gömrük İttifaqı və Vahid iqtisadi məkan bazasında yaradılan və cari ilin yanvar ayının 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir.

Hal-hazırda Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *