Qırğızıstan “Putinin ittifaqı”na daxil oldu
Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) birləşdirilməsi çərçivəsində Qazaxıstan respublikasının sərhəddində avqustun 12-də təntənəli şəkildə gömrük nəzarətinin postlarının götürülməsi mərasimi keçirilib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Bu gündən Qırğızıstan Aİİ-nin üzv ölkələri kimi öz mallarını, xidmətlərini, kapital və işçi qüvvəsini sərbəst şəkildə hərəkət etdirə biləcək”, - qırğız hakimiyyətinin başçısı Temir Sariyev bildirib.
Qırğızıstanın Aİİ-yə daxil olması barədə müqavilə keçən ilin dekabr ayında Ali Avrasiya İqtisadi Şuranın Moskvada keçirilən iclasında imzalanıb.
May ayının 22-də Qırğızıstan respublikanın tərkibinə artıq Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın daxil olduğu ittifaqa birləşdirilməsinə dair beynəlxalq müqavilələrin ratifikasiyasını başa çatdırıb.
Mənbə:> Oxu.Az