Elmar Məmmədyarov Putin ittifaqı haqqında: Heç vaxt heç zaman demə
Gömrük İttifaqı Avrasiya İqtisadi İttifaqının əsas tərkib hissəsidir və Ermənistan tərəfindən işğal olunmuş ərazilərin olması bizə bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov “Rusiya 24” telekanalına müsahibəsində bildirib.
“Əgər Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Azərbaycan və Ermənistan arasında iqtisadi tərkib olarsa – kim bilir sabah nə baş verəcək?! Necə deyərlər, heç vaxt heç zaman demə”, - deyə, nazir bildirib.
Mənbə:> Oxu.Az