Kadirov İŞİD-in Çeçenistanda peyda olmasından narahatdır
İŞİD terror qruplaşması Çeçenistandan öz güc və imkanlarının nümayişinə cəhd edə bilər.
Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov respublika DİN-in kollegiyasında bildirib.
Onun sözlərinə görə, respublikanın təhlükəsizliyinin təmin edilməsi onun rəhbərliyi və hüquq-mühafizə orqanları üçün prioritet məsələ olaraq qalır. O, hüquq-mühafizə orqanlarını sayıqlığı artırmağa çağırıb.
“Biz əlimizdən gələni etməliyik ki, regiona “iblis dövlətin” bir qulduru belə sıza bilməsin” – deyib Kadırov.
Bundan öncə o, terrorçular üçün ölüm hökmünün tətbiqini təklif eləmişdi.
Mənbə:> Musavat.com