Azərbaycanlı dizaynerdən Hillari Klintona EKSKLÜZİV HƏDİYYƏ – FOTO
“Art Scarves by Menzer Hajiyeva” Azərbaycan brendinin təsisçisi, dizayner Mənzər Hacıyeva “Moskva-Bakı” portalına müsahibə verib.
İstedadlı dizayner müshaibəsində yaradıcılığı, gələcək layihələri, eləcə də onun yaratdığı məhsulların hansı məşhurların qarderobunu bəzədiyi haqqında danışıb. “Bizim kəlağayıda ilk dəfə məşhur italiyalı aktrisa Ornella Muti olub. Yaylığı ona Bakıya səfəri zamanı hədiyyə ediblər və bizə bildirdilər ki, o, bu yaylığa heyran olub. Bundan başqa, biz Lara Fabian, eləcə də opera divası Anne Netrebkoya nar və öz adlarının baş hərfləri ilə yaylıq hədiyyə etmişik. Bizim yaylığı amerikalı siyasətçi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun da üzərində görmək olar. Biz onun üçün eksklüziv məhsul hazırlamışıq və Azərbaycanın adından ona hədiyyə etmişik. Hillari Klinton bizə məktubunda hədiyyəyə görə təşəkkür edib və brendimizə uğurlar arzulayıb” – deyə, dizayner Mənzər Hacıyeva müsahibəsində bildirib.
Dizayner Mənzər Hacıyeva Hillari Klinton üçün eksklüziv kəlağı hazırlayıb
Qeyd edək ki, “Art Scarves by Menzer Hajiyeva” brendi ABŞ-da Take5 butikində, eləcə də www.apparachic.com fransız saytında satılır. Brendin İstanbul və Londonda müxtəlif pop-up mağazalarda, eləcə də Paris moda həftələrində iştirak təcrübəsi var. “Art Scarves by
Menzer Hajiyeva” brendi və məhsullarının dünya bazarında təqdim olunması üzərində çalışırlar.
Mənbə:> Buro247.az