İsrail müsəlmanların Əl-Əksa məscidinə girişini məhdudlaşdırdı
İsrail Qüdsün köhnə şəhərində Məbəd dağında Əl-Əksa məscidinə cümə namazına müsəlmanlar üçün girişə yaş məhdudiyyəti tətbiq edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin polisinin rəsmi nümayəndəsi Piter Lerner bildirib.
“Məbəd dağına giriş yalnız 40 yaşından yuxarı kişilər üçündür”, - Lerner deyib.
“Polis İsrail ərazisində terror aktlarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə davam edir”, - o, əlavə edib.
Məbəd dağının statusu (ərəb dilində - “Əl-Hərəm əş-Şərif”), ümumilikdə üç dinin (Xristianlıq, İudaizm, İslam) şəhəri olan Qüdsün problemi kimi Fələstin-İsrail münasibətlərinin ən kəskin problemlərindəndir.
Təhlükəsizlik tədbirləri oktyabrın əvvəlindən İsraildə baş verən terror aktları dalğasının qarşısını almaq üçün həyata keçirilir.
Mənbə:> Oxu.Az