Erməni "soyqırımını" inkar edən siyasətçi məhkəmədə qalib gəldi
Bir neçə il əvvəl İsveçrədə qondarma erməni soyqırımını inkar etdiyinə görə cəzalandırılmış türkiyəli siyasətçi Doğu Perinçek Avropa Məhkəməsində İsveçrə hökümətinə qarşı qaldırdığı iddianı udub. ANS PRESS-in məlumatına görə, Türkiyə Fəhlə Partiyasının sədri olan Doğu Perinçek 1915-ci ildə heç bir erməni soyqırımının baş vermədiyini dediyinə görə, 2007-ci ildə İsveçrənin Lozanna şəhər məhkəməsi tərəfindən “irqi ayrıseçkilik” maddəsi ilə mühakimə olunmuşdu.
Habelə Perinçəkin şikayətinə baxan Avropa İnsan Haqqları Məhkəməsi bununla onun “azad ifadə” hüququnun pozulduğunu qət edib. Məhkəmənin onun xeyrinə qərar çıxarmasından sonra Doğu Perinçek yaşanan mübahisədə əslində tarixlik heç bir şey olmadığını və bəzilərinin qondarma erməni soyqırmı məsələsini ortaya atmaqla Türkəyə təzyiq göstərməyə çalışdığını dilə gətirib. Erməniləri təmsil edən Britaniyalı vəkil Cefri Robertson Perinçəkin xeyrinə çıxarılan qərara etiraz etməsə də, həmin qərarda erməni xalqı üçün də faydalı olacaq nüansların olduğunu bildirib.
Bu məhkəmənin keçmişi İsveçrədə 2005-ci ildə qəbul edilən "Erməni soyqırımını inkar edilməsini yasaqlayan" qanuna dayanır. Doğu Perinçek qanuna meydan oxumaq üçün İsveçrəyə gedib və burada 3 şəhərdə qatıldığı konfransda "ermeni soyqırımı imperial yalandır" mövzusunda məruzələr edib. Vintertur şəhərində isə çıxışından sonra saxlanılıb və İsveçrə məhkəməsinin qəraraı ilə 90 gün müddətində həbs edilib. Həbs qərarı təxirə salınmışdı.
Perinçek İsveçrənin 9 mart 2007-ci ildə verdiyi bu qərardan AİHM-ə şikayət etmişdi. Məhkəmə 2013-cü ildə İsveçin Perinçekin ifadə azadlığını pozması barədə qərar vermişdi.
İsveçrə isə bir il sonra – 2014-cü ilin mart ayında AİHM-in qərarına etiraz edərək apellyasiya şikayəti etmişdi. 2015-ci il yanvarın 28 baş tutan məhkəmə prosesi isə növbəti dəfə təxirə salınmışdı. Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında (AİHM) keçirilən dinləmələrlə bağlı Strasburqda təşkil edilmiş etiraz aksiyalarında Avropadakı Azərbaycan diaspor təşkilatları da iştirak edərək türk siyasətçiyə öz dəstəklərini nümayiş etdirmişdilər.
Mənbə:> ANSPRESS