Avropa Məhkəməsi Abel Məhərrəmovun mühafizəçisi haqda şikayətə baxacaq
Ərizə nömrələnib və T.Fərhadoğlunun işi üzrə gələcək yazışmalarda istifadə olunmaq üçün barkod verilib.
Bu o deməkdir ki, ərizə düzgün, AİHM standartlarına uyğun olaraq tərtib edilib. Bunu jurnalistin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva bildirib.
Şikayət ondan ibarətdir ki, BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı jurnalistə hücum faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb. Hücum nəticəsində jurnalist ciddi xəsarət alıb və iş qabiliyyətini qismən itirib.
Xatırladaq ki, T.Fərhadoğlu iddia edir ki, 2014-cü il fevralın 20-də tələbələrin etiraz aksiyasını çəkərkən BDU mühafizə xidmətinin rəisi Mahir Xocatov jurnalisti bir neçə dəfə kürəyindən əli ilə vurub və təpikləyib.
Jurnalisin həmkarları bu faktı lentə alıblar.
Amma Yasamal Rayon Prokurorluğu fakt üzrə cinayət işinə başlamaqdan imtina edib. Jurnalist Yasamal məhkəməsinin müstəntiqinin fəaliyyətsizliyindən şikayət edib, lakin apelyasiya şikayəti də təmin olunmayıb.
Mənbə:> Virtualaz.org